“Barselona” Çempionlar Liqasının formatını dəyişdirilməsini istəyir
02.11.2012 - 01:02
"Barselona"nın prezidenti Sandro Rossel maraqlı fikir səsləndirib. Apasport.az saytının məlumatına görə, o, UEFA Çempionlar Liqasında komandaların sayının 64-ə çatdırmağı, İspaniyadan isə orada 8 komandanın qatılmasını təklif edib.
Rosselin fikrincə, İspaniya Primerasında komandaların sayının 20-dən 16-ya qədər azaldılmalıdır. Belə olan halda, 8 komanda ÇL-ə vəsiqə qazanmalı (6-sı birbaşa, 2-si təsnifat mərhələsindən), 3 komanda isə Avropa Liqasında mübarizə aparmalıdır. ÇL hərəsində 4 komanda olmaqla 16 qrupa bölünməli, hər qrupda ilk iki yeri tutanlar isə 1/32 finala vəsiqə qazanmalıdı.
"Barselona"nın prezidenti bu dəyişikliklərdən sonra klubların teleyayımdan daha çox pul qazana biləcəklərini qeyd edib.

0
0