“Qalatasaray” Elmanderi itirdi: Zədəm ağırdı
02.11.2012 - 01:43
“Qalatasaray” Elmanderi itirdi: Zədəm ağırdı
"Qalatasaray"ın isveçli forvardı Yohan Elmander iki həftə yaşıl meydanlardan uzaqda qalacaq. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu "ÇFR Kluj"la UEFA Çempionlar Liqasının son matçında aldığı zədə üzündən bir müddət futbol oynaya bilməyəcək.

"Artıq 9 gündür ki, müalicə alıram. Zədəm ağırdır, amma iki aylıq sıradan çıxmağım barədə xəbərlər şişirtmədir. Dəqiq nə zaman dönəcəyimi bilmirəm. Böyük ehtimalla, iki həftə sonra məşqlərə başlayacağam. İndi özümü daha yaxşı hiss edirəm" - deyə, Elmander bildirib.

Zədə üzündən hücumçu "Qalatasaray"ın ÇFR-lə səfər qarşılaşmasından savayı, İsveç yığmasının İngiltərə ilə görüşünü də buraxacaq.