“Neftçi”də portuqaliyalı qapıçı?
02.11.2012 - 13:21
“Neftçi”də portuqaliyalı qapıçı?
“Neftçi” klubunun düşərgəsinə yeni futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı qapıçı Joze Moreyra “ağ-qaralar”la birgə məşq edir.

Onun komandada qalıb-qalmayacağı haqda yekun qərarı baş məşqçi Böyükağa Hacıyev verəcək.

Qeyd edək ki, Rauf Mehdiyevin komandadan qovulmasından sonra qapıçı axtarışına çıxan “Neftçi” Saşa Stamenkoviçin çıxışından da o qədər razı deyil.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə xəbəri təkzib edib. Onun sözlərinə görə, hazırda komandanın düşərgəsində yeni futbolçu yoxdu.