AFFA “Simurq”un menecerinə ağır cəza verdi
02.11.2012 - 16:37
AFFA “Simurq”un menecerinə ağır cəza verdi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XI turunun oyunlarında baş verənləri müzakirə edən komitə üzvləri müvafiq qərarlar çıxarıb.

AZAL – “Bakı”, “Turan” – “Rəvan”, “Neftçi” – “Simurq” matçlarında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq komandaların hər biri 1000 manat cərimələnib. Sonuncu qarşılaşmada zaqatalalıların meneceri Zöhrab Əliyevin hərəkəti də komitənin diqqətindən yayınmayıb. Oyun başa çatdıqdan sonra hakimlərə qarşı təhqiredici hərəkət edən klub rəsmisi 5 oyunluq cəzalanıb, komandasını 5000 manat ziyana salıb.