“Azərbaycan - Ermənistan matçı üçüncü ölkədə keçirilə bilərdi”
02.11.2012 - 17:32
Ermənistan yığmasının hücumçusu Artur Sarkisov formasını geyindiyi “Volqa” klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, “Lokomotiv”ə məxsus olan 25 yaşlı futbolçu millimizlə baş tutmayan oyunlara da toxunub.
- Ötən il Azərbaycan yığmasının üzvü Vaqif Cavadovla söhbət zamanı sizə ünvanladığım sualları ona da vermişdim. Bir neçə il əvvəl Ermənistan və Azərbaycan eyni seçmə qrupda yer almışdı. Həmin püşkatmadan sonra hansı hissləri keçirmişdiz?
- Hə, onda mənim xüsusi emosiyalarım yaranmışdı. Çox həyəcanlanmışdım. İstəyirdim ki, Ermənistan mütləq bu oyunlarda qələbə qazansın.
- Bildiyiniz kimi, UEFA bu iki matçın keçirilməməyinə dair qərar verdi. Bu, düzgün addım idi?
- Bunu demək çətindi. Fikrimcə, həmin qarşılaşmalar üçüncü ölkədə keçirilə bilərdi. UEFA-nın bu addımı başadüşüləndi. Təşkilatçılar azarkeşlərin təhlükəsizliyini düşünmüşdü. Meydançada idman ehtirasları ola bilərdi. Ancaq əmin idim ki, bu, həddini keçməyəcək. Bununla belə, qərar qəbul olundu və yəqin belə düzgün idi.
- Sizin fikrinizcə, futbol siyasi məsələləri həll etməyə qadirdi?
- Müəyyən pillədə, hə. Ancaq Ermənistan və Azərbaycan arasındakı situasiyanı nəzərə alanda bunu demək çətindir. Əslində, Ermənistanda yaşamadığımdan (o, Qroznıda doğulub və Rusiyada yaşayır – red.), mənim bu haqda mühakimə etməyim düzgün olmazdı. Ancaq kənardan mənə elə gəlir ki, tərəflər birgə bu məsələni çözməyə qadirdir.
- Belə bir situasiyanı təsəvvür edin. Siz müsabiqədə iştirak edib qalib gəlirsiz. Baş mükafat isə İstanbula səyahət olur. Bu səyahətə gedərdiz?
- Bu çox çətin sualdır. Birmənalı şəkildə cavab verə bilmərəm. Fikrimcə, mənə çətin olardı. Üstəlik, familiyamın Sarkisov olduğunu nəzərə alanda...

0
0