Zöhrab Əliyev: Mənə hansı hərəkətimə görə cəza verilir?
02.11.2012 - 18:21
“Mənə belə cəza verildiyini jurnalistlərdən eşitmişəm. Haqqımda niyə belə qərar çıxarıldığını anlamıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un meneceri Zöhrab Əliyev deyib. Bu gün AFFA-nın İntizam Komitəsi (İK) Topaz Premyer Liqasının XI turunda baş verənləri müzakirə edib. Çıxarılan qərarlar arasında ən böyük cəza “Simurq”a verilib.
Belə ki, 6000 manat pul cəzasının 5000-i Əliyevin “payına düşüb”. Üstəlik, İK onun özünü hakimlərə qarşı təhqiredici hərəkətinə görə 5 oyunluq cəzalandırıb.
Ancaq sabiq hakim ona kəsilən cəzanın səbəbini anlamaqda çətinlik çəkdiyini bildirib: “Qərarda yazılıb ki, təhqiredici hərəkətimə görə mənə cəza verilib. Bu, hansı hərəkətimə görə edilib? Nə vaxt belə etmişəm? Ağıllarına gələni edirlər. Mən hakimlərdən narazı qalmamışam, yaxud kiminsə üstünə “Neftçi”nin vımpelini atmamışam. Əksinə, hakimlərlə sonda görüşməyə cəhd etmişəm. Ancaq nədənsə əlim boşda qalıb. Xahiş edirəm, bu məsələ ilə bağlı klubun mətbuat xidməti ilə də danışasınız”.

0
0