“Messi və Ronaldonu müqayisə etmək olmaz”
03.11.2012 - 00:00
“Messi və Ronaldonu müqayisə etmək olmaz”
"Düşünürəm ki, onları müqayisə etmək olmaz. Bu səviyyədə müqayisə aparmaq yersizdir, çünki onlardan biri hansısa göstəricidə digərini üstələyir, bəzisində isə uduzur. Onların hər ikisindən ən yaxşı keyfiyyətləri götürmək lazımdır". Apasport.az saytının məlumatına görə, bu sözləri "Real" və "Barselona"nın əfsanəvi futbolçusu Luiş Fiqu Lionel Messi və Kriştiano Ronaldo haqqında deyib.

Fiqu, həmçinin indi yüksək səviyyəli futbolçuların azlığını da vurğulayıb: "Məncə, hamı bu iki futbolçunu eyni vaxtda heyətdə görmək istəyər, çünki onlar keyfiyyətli futbola və xeyli qol vurulacağına zəmanət verə bilərlər. Amma müqayisə aparmaq olmaz: onlar fərqli üslublarda oynayan tamamilə fərqli oyunçulardır.

Mənim zamanımda yaxşı futbolçuların sayı çox idi və onların arasında seçim etmək çətinləşirdi. "Qızıl top"a 10-15 namizəd olurdu. İndi isə maksimum 4-5 nəfərin adını çəkmək olar".