İnyesta kinoteatrı bağlatdırdı
03.11.2012 - 00:14
Andres İnyesta meydanın daxilindəki təvazökar və centlmen hərəkətlərini meydandan kənarda da davam etdirməkdədi. Apasport.az saytının xəbərinə görə, ispaniyalı bu dəfə azarkeşlərinə böyük sevinc bəxş edib.
Təcrübəli yarımmüdafiəçi "facebook"da onu izləyən 11 milyon fanat arasından 100 nəfər seçərək onlarla birlikdə kino izləyib.
İnyesta bunun üçün Barselonadakı kinoteatrlardan birinin bütün xərclərini qarşılayaraq zalı bir günlük bağlatdırıb. Daha sonra seçdiyi 10 azarkeşlə birlikdə Ceyms Bond filmləri seriyasının sonuncu istehsalı olan "Skyfall" kinosunu izləyib. İnyesta filmdən əvvəl çıxış edərək gələn tərəfdarlara minnətdarlığını bildirib.

0
0