“Qalatasaray”dan növbəti qələbə
03.11.2012 - 00:04
Türkiyə Superliqasında X tura bir oyunla start verilib. Apasport.az saytının məlumatına görə, səfərdə "İstanbul Böyükşəhər Bələdiyyəspor"la qarşılaşan lider "Qalatasaray" oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Matçda hesabı 11-ci dəqiqədə Umut Bulut açıb. Fasiləyə iki dəqiqə qalmış Səlçuk İnan "Cim Bom"a rahatlıq gətirən ikinci qola imza atıb.
İkinci hissədə fəallaşan meydan sahibləri 61-ci dəqiqədə Turqay Bahadırın qolu ilə fərqi azaltsa da, "İstanbul BB"nin ümidlərini öz oyunçusu puç edib: 68-ci dəqiqədə Kamil Zayatte topu öz qapısına göndərib.
Bu qələbədən sonra "Qalatasaray" xalını 21-ə yüksəldib və liderliyini davam etdirir.

0
0