I dövrə bitdi: 6 nakam, yerlilərin fiaskosu, “qardaşlar”ın zəfəri
03.11.2012 - 00:26
Bu gün Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. Amma bu, təsnifat mərhələsinin ilk bölümünə rəsmən yekun vurulması anlamına gəlməməlidir. Çünki cari çempionatda 11 tur oynanılsa da, təxirə salınan 4 matç var: "Neftçi" - "Bakı", "İnter" - "Neftçi", AZAL - "Neftçi" və "Xəzər Lənkəran" - "Bakı". Lakin istənilən halda, təqvimə görə I dövrə arxada qalıb.
Bu səbəbdən də geriyə boylanıb XXI milli çempionatla bağlı müəyyən fikirlər söyləmək olar.
"Qardaşlar"ın ikili hakimiyyəti
Son çempion "Neftçi" potensial lider olsa da, hazırda zirvədə qərarlaşan komandanın adı "İnter"di. Düzdü, "bankirlər" "Simurq"la eyni - 19 xala malikdir. Lakin paytaxt klubu rəqibini məğlub etdiyindən şəxsi oyuna görə turnir cədvəlinin 1-ci pilləsindədir.
Ümumiyyətlə, artıq indidən Zaqatala klubunu mövsümün sürpriz komandası saymaq olar. Hərçənd Georgi Çixradzenin baş məşqçisi olduğu komandanın uğurlu çıxışında təəccüb doğuracaq heç nə yoxdu. Çünki "Simurq" yay fasiləsində hazırlığa ən çox önəm verən və faydalı işlər görən kollektivlərin başında gəlirdi.
"Simurq" kimi cari mövsümə yaxşı hazırlaşan AZAL da ümidləri doğruldur. Düzdü, "təyyarəçilər" V turda "Qarabağ"ı darmadağın etdikdən sonra (6:2) ardıcıl 5 oyun qələbəyə həsrət qaldı və yalnız həftəiçi "Bakı"nı devirdilər (2:1), amma buna rəğmən, "üçlüy"ü qapayırlar.
Avroliqanın qrup mərhələsində çıxış edən "Neftçi"nin 2 cəbhədə döyüşəcək səviyyədə komanda olmadığı göz önündədi. "Ağ-qaralar" ev oyunlarında qazandıqları maksimum nəticənin hesabına hazırda 4-cü pillədə qərarlaşıblar. Səfərdə isə flaqman sözün əsl mənasında "qapazaltı" komandadı: 3 oyun, 3 məğlubiyyət.
"Qarabağ", "Xəzər Lənkəran", "Qəbələ" və "Bakı"nın çempionluğa oynayan komandaya bənzəmədiklərini qeyd etməklə yenilik etmiş olmarıq. Bu klubların hərəsinin öz dərdi var. Əvəzində ötən çempionatı son sıralarda bitirən "Turan"la "Sumqayıt" hər kəsi yaxşı mənada təəccübləndirir. "Rəvan" isə debüt mövsümündə olduğu kimi, yeni ilk "altılığ"a düşmək uğrunda mübarizədən kənar qalmamağa çalışır.
"Zirzəmi"nin sakini "Kəpəz"di. Gəncə klubu Mahmud Qurbanovun baş məşqçi postuna gəlişindən sonra nəsə etməyə çalışsa da, hələlik heç nə alınmır. Hərçənd, Qərb təmsilçisi 11-ci sıradakı "Bakı"dan cəmi 1 xal geri qalır.
Yerlilərin fiaskosu
62 oyuna 142 qol - bu, geridə qalan XI tur ərzində vurulan topların cəmidi. Təəssüf doğuran əsas məqam topu tora qovuşduranların kimliyi ilə bağlıdı. Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilən bombardirlərin siyahısına diqqət yetirin: Junior Nildo (AZAL) - 8, Nikolas Kanales (Neftçi) - 6, Xuan Manuel Varela (Rəvan) - 5, Zohair Benouahi (AZAL), Riçard Almeyda (Qarabağ) - 4, Manuel Skarlatake (Xəzər Lənkəran), Marçin Burxardt, Mario Bojiç (hər ikisi "Simurq"), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt) - 3.
Bəli, gördüyünüz kimi, siyahıda heç bir yerli futbolçunun adı gözə dəymir. Acıdı, amma reallıqdı! Rauf Əliyev, Vaqif Cavadov, Əfran İsmayılov, Rahid Əmirquliyev, Elvin Məmmədov və daha neçə-neçə həmyerlimiz yadellilərin kölgəsində qalıb. Halbuki başqa vaxt bizimkilərdən kimi dindirsən, əcnəbilərdən üstün olduğunu söyləyəcək, öz bacarığından ağızdolusu danışacaq. Hanı? Hardasız?
Ən biabırçı məqam bilirsiz nədi? Bombardirlik yarışında yer almamaqları bir yana, Rauf, Əfran, Vaqif, Elvin kimi yığma üzvləri cari çempionatda 1 dəfə də olsun adlarını tabloya yazdırmayıblar. Ona gərə də, 142 qoldan 99-nun (!) müəllifinin legioner olması kimsəni təəcübləndirməsin.
Yerli futbolçuların hesabında vur-tut 36 dəqiq zərbə var. Milliləşdirilmiş futbolçular ümumilikdə 5 dəfə fərqləniblər. "Sumqayıt"dan Xəyal Mustafayev və "Qarabağ"dan Admir Teli isə hələlik öz qapılarını nişan alan şanssız cütlükdü.
Maraqlıdır ki, bombardirlik yarışına başçılıq edən Nildo iştirakçısı olduğu 11 oyundan cəmi 4-də fərqlənib. Bu isə anormal haldı. Yəni, bizimkilər sabit oynamayan, ara-sıra coşan Nildo qədər belə deyillər.
Gənc referilər "at oynadır"
Təsnifat mərhələsinin ilk bölümündə 62 oyunda ümumilikdə 9 referi fit çalıb ki, bu da ötən il iş başında olanlardan 6-nın cari çempionatda elitada idarəçilik etməmələri anlamına gəlir. Həmin siyahıda yer alanlardan biri - Rövşən Əhmədov artıq hakimlik karyerasını bitirib. Ramil Diniyev, Elnur Muradov və Fuad Həsənov isə ötən mövsüm yol verdikləri səhvlərin cəzasını çəkirlər. Ceyhun Haşımovla Alik Yunusova gəlincə, bu cütlük sonuncu birincilikdə nadir hallarda gözə dəymişdi və bu gün onlara şans verilməməsi normaldı.
Geridə qalan 11 tura əsasən deyə bilərik ki, Hakimlər Komitəsi (HK) gənc referilərə üstünlük verməyi məqsədəuyğun sayıb. Hər halda, Əliyar Ağayevlə Rəhim Həsənovun hamıdan çox - 9 dueli idarə etmələri belə söyləməyə əsas verir. Təcrübəli FİFA referiləri - Anar Salmanov və Elçin Məmmədov gənc həmkarlarından 1 oyun az idarə ediblər. Vüsal Əliyev isə 7 dəfə iş başında olub.
Fariz Yusifovla Rauf Cabbarovun hərəyə 6 oyunda fit çalmaları bir qədər təəccüb doğurur. Belə ki, Yusifov HK-nın ötən mövsüm ən çox güvəndiyi baş hakimlərdən biri olsa da, indi tez-tez gözə dəymir. Bir çox qalmaqallı olaylarla yadda qalan Cabbarov üçün isə 6 matç çoxdu. Düzdü, hələlik cari çempionatda Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlu olan Raufun idarə etdiyi duellərdə problem çıxmayıb. Amma istənilən halda, bir qədər ehtiyatlı olmaq lazımdı.
Yerdə qalan 9 duel də gənclərə həvalə olunub. Belə ki, Elvin Əsgərov 5, Orxan Məmmədov isə 4 dəfə iş başında olub. Sevindirici haldı ki, yeni mövsümdə hakimlərlə bağlı ciddi narazılıq müşahidə olunmayıb. İndiyədək yalnız bir dəfə qanqaraldıcı olay yaşanıb. Belə ki, IX turun "Qarabağ" - "Bakı" qarşılaşmasından sonra (1:1) qonaq komandanın mühafizə xidmətinin əməkdaşları referi Əliyar Ağayevə fiziki təzyiq göstəriblər. Hərçənd onun "Bakı"nın qapısına təyin etdiyi penalti mübahisəli olsa da, qərəzli deyildi.
11 turun 6 nakamı
Erkən baş məşqçi istefaları heç bir ölkənin milli çempionatına başucalığı gətirmir. Di gəl ki, Premyer Liqamız bu baxımdan da "fərqlənir".
Təsnifat mərhələsinin geridə qalan I dövrəsi ərzində 6 çalışdırıcı postunu tərk edib. Son olaraq, çərşənbə günü səfərdə "Sumqayıt"la heç-heçədən sonra "Xəzər Lənkəran" Yunis Hüseynovla yollarını ayırdı. Bunadək türkiyəlilər Cevat Gülərlə (Rəvan) Fatih Kavlak (Qəbələ), habelə yerli mütəxəssislər - Fuad İsmayılov, (Kəpəz), Bəhmən Həsənov (Rəvan) və Əsgər Abdullayev postlarından getmişdi. Onların hamısı cari mövsümdə uğursuz çıxışa görə klub rəhbərliyi tərəfindən istefaya göndərilmişdi. Hüseynovu da belə aqibət gözlədi və o, hesabat turunda "Sumqayıt"la 1:1 hesabı ilə nəticələnən səfər matçından sonra vəzifəsindən çıxarıldı.

0
0