İkisi qayıtdı, biri gözləyir
03.11.2012 - 00:38
İkisi qayıtdı, biri gözləyir
Cari mövsüm müdafiəçilərin toplu şəkildə zədələnməsindən əziyyət çəkən "Mançester Yunayted"də üzlər gülməyə başlayıb. Apasport.az saytının xəbərinə görə, komandanın müdafiəçiləri Kris Smollinq və Fil Consun sağalması bunu deməyə əsas verir.

Baş məşqçi Aleks Ferqyusson həmin oyunçuların sıralara qayıtması barədə məlumat verib: "İkisini də ən qısa vaxtda meydana buraxmaq istəyirik. Smollinq tam hazır vəziyyətə gəlib. Fil isə bazar ertəsindən etibarən komanda ilə birlikdə olacaq. Vəziyyəti dəyərləndirdikdən sonra dəqiq qərar verəcəm. Amma qısa müddət sonra hər ikisinin forma geydiyini görəcəksiz".

Yeri gəlmişkən, "qırmızı şeytanlar"ın digər müdafiəçisi Nemanya Vidiçin zədəsi isə hələ də davam etməkdədi. Onun qazon üstünə çıxması dekabrdan tez baş tutmayacaq.