PSJ-nin 1 milyon avrosunu kəsdilər
03.11.2012 - 01:01
PSJ-nin 1 milyon avrosunu kəsdilər
PSJ maddi dəstəkdən məhrum olub. Apasport.az saytının xəbərinə görə, Paris şəhər məclisi hər il kluba etdiyi 1 milyon avroluq yardımı bu ildən etibarən dayandırdığını açıqlayıb.

Buna səbəb klubun qətərli iş adamları tərəfindən alındıqdan sonra maddi dəstəyə ehtiyacı olmamasıdı. Şəhər məclisi PSJ-in transferlərə xərclədiyi böyük pullardan sonra kluba maddi dəstəyin lazımsız olduğu qənaətindədi.

Bu barədə Parisin bələdiyyə başçısı Bertran Delano danışıb: "Klubun maddi durumu göz qabağındadı. Vəziyyəti araşdırdıqdan sonra PSJ-in maddi dəstəyə ehtiyacı olmadığına qərar verdik. Əgər bir futbolçuya görə bir gündə 42 milyon avro ödəyə bilirlərsə, yəqin ki, ildə bizim 1 milyon avromuza gərək duymazlar. Buna görə də 2012/13 mövsümündən etibarən PSJ-yə olan iqtisadi dəstəyimizə son qoyuruq".

Qeyd edək ki, iki ildi ərəb milyarderləri tərəfindən satın alınmış paytaxt klubu bu vaxt ərzində transferə 200 milyon avro xərcləyib.