Joze Mourinyo: Ronaldosuz “Real” təsəvvür edə bilirəm
03.11.2012 - 01:30
Joze Mourinyo: Ronaldosuz “Real” təsəvvür edə bilirəm
"Mən insanların düşündüyündən daha çox sevgi hiss edirəm. Hətta rəqib komandaların azarkeşləri belə mənə həm şəxsiyyət, həm də peşəkar kimi qibtə və hörmət edirlər". Apasport.az saytının İtaliya mətbuatına istinadən xəbərinə görə, bu sözləri Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis "Saraqosa" ilə matç öncəsi baş tutan mətbuat konfransında həm özünün, həm də Kriştiano Ronaldonun "Real"dakı perspektivləri ilə bağlı sualları cavablandırıb: "Əlbəttə, gələcəkdə Ronaldosuz "Real" təsəvvür edə bilirəm. Elə Mourinyosuz da. Belə böyük klubun adının cəmi bir məşqçi və ya bir futbolçu ilə birgə çəkilməsi ədalətsizlik olardı".