A seriyası: Pislərin ən yaxşısı
03.11.2012 - 03:56
A seriyası: Pislərin ən yaxşısı
İtaliya A seriyasında 2012/13 mövsümündə geridə qalan 2 ay ərzində ən pis futbolçunun seçilməsi üçün sorğu təşkil olunub. Apasport.az saytının xəbərinə görə, nüfuzlu idman portallarından birinin keçirdiyi sorğuda A seriyasında mövsümə ən pis başlayan futbolçu Kevin-Prins Boatenq seçilib.

"Milan"ın yarımmüdafiəçisi respondentlərin 49,77 faizinin birinci seçimi olub. "Roma"nın şərəfini qoruyan Mateo Destro 12,15 faiz səslə ikinci pillədə qərarlaşıb. "Yuventus"dan Nikolas Bendtner isə 7,79 faizlə ilk "üçlüy"ü tamamlayıb.

Cari mövsüm formasından çox uzaq olan Boatenq əsas heyətə düşməkdə də çətinlik çəkir. Azarkeşlərin gözündən düşmüş oyunçunun formasızlığı sevgilsi Melissa Satta ilə yaşadığı eşq həyactı ilə əlaqələndirilir. Buna baxmayaraq, yaxın günlərdə maniken xanım açıqlama verərək, Boatenqin formasızlığının onunla heç bir əlaqəsi olmiadığını dilə gətirmişdi.