Azərbaycan AÇ-2020-nin təşkilatçılığından məhrum edilə bilər
03.11.2012 - 01:21
Azərbaycan AÇ-2020-nin təşkilatçılığından məhrum edilə bilər
Azərbaycan 2020-ci ildə keçiriləcək Avropa çempionatının təşkilatçılığından məhrum edilə bilər. Apasport.az saytının xəbərinə görə, UEFA prezidenti Mişel Platini bir müddət əvvəl təklif kimi irəli sürdüyü ideyanın müzakirəsinə başlamaq istəyir.

Belə ki, qitə futbol qurumunun rəhbəri AÇ-2020-ni konkret bir və ya iki ölkəyə tapşırmayıb, oyunların bütün Avropa ərazisində, müxtəlif şəhərlərdə təşkil etmək fikrindədir. Bununla əlaqədar, gələn ayın 6-da UEFA İcraiyyə Komitəsi müzakirələrə başlayacaq.

Xatırladaq ki, Azərbaycan bu il Gürcüstanla birgə AÇ-2020-ni təşkil etməyə namizədliyini irəli sürüb.