Fatih Terim: Biz hələ son sözümüzü deməmişik
03.11.2012 - 02:03
Fatih Terim: Biz hələ son sözümüzü  deməmişik
"İstanbul Böyükşəhər Bələdiyyəsi" ilə oynamaq asan deyil. Həmkarım yaxşı komanda yaradıb". Apasport.az saytının xəbərinə görə, bunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının X turunda səfərdə “İstanbul Böyükşəhər Bələdiyyəsi” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra deyib.

"İmperator" Çempionlar Liqasında də mübarizədən çəkilmədiklərini vurğulayıb: "Dövrələrarası fasiləyə qədər heç bir çərşənbəmiz boş qalmayacaq. Bu zamana qədər əlimizdəki bütün oyunçulardan qənaətlə faydalanmalıyıq. "Bələdiyyə"ni asan məğlub edib,3 xal almaq "Kluj" matçı öncəsi önəmli idi. Çempionlar Liqasında oyunumuzun qarşılığını ala bilmədik. Bunu "Mançester Yunayted"lə matçda da gördük. Bəzən istədikləriniz alınmır. Amma biz Çempionlar Liqasında son sözümüzü hələ deməmişik. Mənim komandam qələbə qazanmaq gücündədir və inşallah, qazanacaq".