Del Pyero: Oyun zamanı mən əclafam!
03.11.2012 - 04:17
Del Pyero: Oyun zamanı mən əclafam!
Hazırda Avstraliyanın "Sidney" klubunda çıxış edən Alessandro Del Pyero İtaliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, "Yuventus"un əfsanəsi oyun zamanı özünün “əclaf” olduğunu deyib: "Heç nəyə görə təəssüflənmək istəmirəm. Hər şeyin belə olmasından razıyam. Qərara hörmək etmək, keçmiş yox, indi haqda düşünmək lazımdır.

Oyun zamanı mən əclafam! Qələbə üçün hər şey edirəm. Evə gəlib uşaqlarımla oynayanda isə şəxsi həyatımı müdafiə edirəm.

Gənc futbolçuların yanında özümün xüsusi yerimin olduğunu hiss eləyirəm. Vaxtilə mənim kumirlərin mənim üçün belə idilər. Gənclərə yaxşı nümunə göstərmək çox vacibdir".