Valter Samueli “Neftçi” yola salacaq?
03.11.2012 - 12:21
Valter Samueli “Neftçi” yola salacaq?
“Neftçi”nin AvroliqanIn qrup mərhələsində rəqibi olan İtaliyanın “İnter” klubunun heyətində ciddi itki gözlənilir. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi yaxın vaxtda vətəni Argentinaya qayıtmağa hazırlaşır. 33 yaşlı futbolçunun xidmətində “Nyuells Old Boyz” maraqlıdır. Keçid artıq yanvarda reallaşa bilər ki, argentinalılar bunda israrlıdır.

Düzdür, “İnter” mərkəz müdafiəçisini buraxmaq istəmir və onunla müqaviləni 2014-cü ilin yayına kimi uzatmağı götür-qoy edir. Əgər Samueli yanvarda saxlaya bilməsələr, o, “İnter”in heyətində avrokuboklarda sonuncu matçını məhz “Neftçi” ilə keçirəcək. Çünki italyanlar qrup mərhələsində axırıncı oyununu dekabrın 6-da evdə komandamızla keçirəcək.

Qeyd edək ki, Valter “Neftçi”yə Bakıda 3:1 hesabı ilə qalib gəldikləri oyuna gətirilməmişdi.