Kasilyas Mourinyodan bezib “Real”dan gedir
03.11.2012 - 14:15
Kasilyas Mourinyodan bezib “Real”dan gedir
Madrid “Real”ı kapitanını itirmək təhlükəsiz ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın heyətində ən uzun müddət oynayan futbolçusu olan İker Kasilyas getməyi düşünür. Kasilyasın hələ “Real”la 5 illik müqaviləsi olsa da, artıq cari mövsümdən onun yollarını ayırmaq fikrindədir.

Buna səbəb isə Mourinyo və onun qapıçıya münasibətidir. Belə ki, portuqaliyalı çalışdırıcı hərəkətlərindən boğaza yığılan 31 yaşlı kapitan bezdiyindən, yetirməsi olduğu Madrid təmsilçisindən getməyi qərara alıb. O, bu haqda yaxın ətrafına məlumat verib.

Mourinyo hələ ötən mövsüm İkerdən kapitanlıq sarğısını almaq istəyərək, bunu, oyun motivləri ilə əsaslandırır. O, həmin vaxt demişdi ki, qapıçı ilə müqayisədə digər futbolçulara matç zamanı qapıçıya yaxınlaşıb, söhbətləşmək asandır. Mourinyoya “Barselona” ilə oyun öncəsi futbolçular arasında derbidəki gərginliyi aradan aldırmaq məqsədilə rəqib düşərgədə olan Havi Ernandeslə Karles Puyola zəng etməyi heç xoşuna gəlməmişdi.

Qeyd edək ki, Kasilyaa karyerasını 39 yaşa kimi, buradan debütündən 20 il sonraya kimi davam etdirməyi planlaşdırıb.