“Barselona” rekordun bir addımlığında
03.11.2012 - 15:39
“Barselona” rekordun bir addımlığında
“Barselona” növbəti rekordun astanasındadır. Apasport.az saytının məlumatına görə, çoxsaylı titulları olan komanda heç vaxt mövsümə 10 məğlubiyyətsiz seriya ilə başlamayıb. Çempionatın X turunda “Selta” ilə bugünkü ev oyununda bunun reallaşmaq ehtimalı böyükdür.

“Barsa”nın bu göstəricidə sonuncu rekordi 1997-ci ildə hollandiyalı Lui Van Qalın baş məşqçiliyi vaxtında olub. Onda Kataloniya təmsilçisi ilk 9 turda qalib uduzmamaqla rekord müəyyənləşdirmişdi.

Qeyd edək ki, “Barsa”nı cari mövsümdən ispaniyalı Tito Vilanova çalışdırır.