Milli komandamızın tarixi qələbəsi
03.11.2012 - 16:28
Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandası (U-17) üçün Avropa çempionatının seçmə mərhələsində Xorvatiya millisi üçün bugünkü oyun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, almaniyalı Sissi Raytın çalışdırdığı yığmamız bu il ilk qələbəsini qazandı. Bununla da Raytın komandası 6:0 hesablı qələbə ilə ili qələbə ilə başa vurdu. Çünki U-17nin bu il daha rəsmi oyunu qalmayıb.
Bu yığma sentyabrın 22-dək oktyabrın 13-dək ölkəmizdə keçirilən dünya çempionatının seçmə mərhələsində keçirdiyi hər 3 oyunda uduzaraq, qrupda sonuncu oldu. Başa çatan Avropa çempionatının seçmə mərhələsində ilk 2 oyun da millimizin məğlubiyyəti ilə nəticələnib. Son oyundakı nəticə isə yığmamızın tarixində ən böyük hesablı qələbələrdən biri oldu. Raytla ilin sonunda başa çatan müqavilə uzadılmasa, onunla 2 il rəhbərlik etdiyi yığmamızda sonuncu nəticəsi məhz bu tarixi qələbə olacaq.

0
0