Qəbələdə istefa şüarları
03.11.2012 - 16:56
Qəbələdə istefa şüarları
“Neftçi” Qəbələdə istefa şüarları ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komanda bu gün Topaz Premyer Liqasında “Qəbələ”yə uduzduğu oyunda tribunalarda istefa şüarları sələndirilib. Həmin vaxt hesabda 1:2 geri düşən bakılılar sonda daha 1 qol buraxa bilərdi. Ancaq “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç penaltini dəf edə bilib.