Qurbanov nəticədən razı, Bandoviç qazondan narazı qaldı
03.11.2012 - 17:16
“Çətin oyun oldu. Komandamız hər şeyi etsə də, qolu vura bilmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib. Topaz Premyer Liqasının II dövrənin ilk turunda da heç-heçə edən bakılılar bu dəfə həmin nəticəyə “Kəpəz”lə Gəncədəki oyunda imza atıb.
Bandoviçin qazondan da narazı qalıb: “Meydanın ot örtüyü pis idi. Bu, komandalar öz oyunlarınıl göstərməyə imkan vermədi”.
“Kəpzə”in baş məşqçisi Mahmud Qurbanov isə keçmiş komandası ilə oyundakı nəticədən razı qalıb: “Rəqibin qol vurmaq üçün çoxlu qol imkanları oldu. Əsas təhlükələri yunan hücumçu Mantsiosdan gəldi. Bizdə zədəli futbolçuların çoxluğunu və meydana ağrıkəsici iynə ilə çıxan Svejentsevin erkən əvəzlənməyini nəzərə alsaq, nəticəni qənaətbəxş saymaq olar”.

0
0