Ramiz Məmmədov: Bu uğurların davamının gələcəyinə inanıram
03.11.2012 - 17:34
Ramiz Məmmədov: Bu uğurların davamının gələcəyinə inanıram
“Oyunu şərh etməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədiv deyib. O, komandasının Topaz Premyer Liqasında bu gün “Neftçi”yə evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda komandasının çıxışından razı qalıb: “ Oyun intizamı da pozulmadı, komanda son dəqiqələrə qədər mübarizə apardı. Yolumuza yavaş-yavaş davam edirik. Bu uğurların ardının gələcəyinə inanıram”.

Qeyd edək ki, Məmmədov baş məşqçi postuna qayıdışından sonar ardıcıl 2-ci, evdə ilk qələbəsini qazanıb.