“Rubin” Bakıya qələbə ilə gəlir
04.11.2012 - 00:19
“Rubin” Bakıya qələbə ilə gəlir
Rusiya Premyer Liqasında XIV turun oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə, Avropa Liqasının qrup mərhələsində “Neftçi” klubunun rəqibi olan “Rubin” Saranskda “Mordaviya”nın qonağı olub.

“Start” stadionunda baş tutan qarşılaşma Kazan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Cari mövsümdə qazandığı 8-ci qələbədən sonra hesabında 24 xalı olan “Rubin” turnir cədvəlində 7-ci yerdədir.

Xatırladaq ki, “Rubin” növbəti matçını noyabrın 8-də Bakıda “Neftçi”yə qarşı keçirəcək.