Qonaqlar üçün uğursuz tur
04.11.2012 - 19:00
Qonaqlar üçün uğursuz tur
Topaz Premyer Liqasında II dövrənin ilk turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, XII tur qonaqlar üçün uğursuz olub. Belə ki, onlardan heç biri qələbə qazana bilməyib.

“İnter”lə “Simurq” şərikli liderliklərini qorusalar da, səfər oyunlarında heç-heçə etməklə xal itiriblər. “Turan”la səfər matçında zaqatalalıların 3 futbolçusuna FİFA hakimi Anar Salmanov tərəfindən qırmızı vərəqə göstərilib. Bunlardan kapitan, millimizə ilk dəfə çağırılan Rasim Ramaldanov 63-cü dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan çıxarılıb.

Qərib İbrahimov 80-ci dəqiqədə ehtiyatda olduğu zamanı hakimi təhqir etdiyinə, İlkin Qırtımov 87-ci dəqiqədə meydanda rəqibi bilərəkdən dirsəklə vurduğuna görə birbaşa qırmızı alıb.

“Qarabağ”dan AZAL-dan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxa bilib. Komanda 2-ci hissənin əvvəlində vurduğu qollarla vacib qələbə qazanaraq, turnir cədvəlində 3-cü pillədəki yerini qaytarıb. “Xəzər Lənkəran”ı baş məşqçi Yunis Hüseynovu istefaya göndərəndən sonra oyuna çıxaran ispaniyalı köməkçisi Erik Roketa böyük hesablı qələbə qazanıb. Lənkəranlılar “Rəvan”la ev matçında hələ ilk hissədə vurduğu 3 qolla oyunun taleyini həll edib.

3 noyabr
“Kəpəz” – “Bakı” – 0:0

“Qəbələ” – “Neftçi” – 2:1
Lourival Assis, 31, Dodo, 89 – Nikolas Kanales, 32

4 noyabr
“Sumqayıt” – “İnter” – 0:0

“Turan” – “Simurq” – 1:1
Stepan Polyak, 35 – Fərid Quliyev, 79

“Qarabağ” – AZAL – 2:0
Muarem Muarem, 59, Vaqif Cavadov, 65

“Xəzər Lənkəran” – “Rəvan” – 4:0
Adrian Pit, 10, Dmitrios Sialmas, 12, 69, Sadio Tounkara, 33



komandaoqhmtx
1
İnter
11
5
5
1
11-5
20
2
Simurq
12
5
5
2
14-7
20
3
Qarabağ
12
4
5
3
15-13
17
4
Xəzər L
11
4
4
3
17-9
16
5
AZAL11
4
4
3
16-12
16
6
Qəbələ
11
4
4
4
13-14
16
7
Neftçi
9
5
0
4
16-12
15
8
Turan
11
4
3
5
13-16
15
9
Rəvan
12
3
4
5
12-18
13
10
Sumqayıt
11
3
4
5
10-18
13
11
Bakı
10
1
7
2
8-8
10
12
Kəpəz
12
2
3
7
8-21
9

Bombardir: Junior Nildo (AZAL) – 8