“Neftçi”nin rəqibi Turini şoka saldı
04.11.2012 - 01:49
“Neftçi”nin rəqibi Turini şoka saldı
İtaliya A seriyasında baş tutan 2 oyunla XI tura start verilib. Apasport.az saytının xəbərinə görə, baş tutan hər iki qarşılaşma məhsuldar alınıb.

Belə ki, “Cuzeppe Maetsa”da “Kyevo”nu qəbul edən “Milan” darmadağına imza atıb. Rəqibini 5:1 hesabı ilə üstələyən Milan təmsilçisi bununla cari mövsümdə ilk böyük hesablı qələbəsini rəsmiləşdirib.

Milanın digər təmsilçisi “İnter” də hesabına 3 xal yazıb. “Neftçi”nin Avropa Liqasında rəqibi olan “neradzurra” lider “Yuventus”la səfər matçında qələbə qazanıb. 1-ci dəqiqədə qapısından top buraxmasına baxmayaraq, Stramaççoninin komandası qalan vaxt ərzində 3 dəfə fərqləniblər. 59-cu dəqiqədə penaltidən hesabı bərabərləşdirən Dieqo Milito 79-ci dəqiqədə dublunu rəsmiləşdirib. Oyunda son nöqtəni isə Palasio qoyub.

Məğlubiyyətə baxmayaraq, “Yuventus” birinci pillədə qalıb – 28 xal. “İnter” isə qələbə sayəsində liderlə xal fərqini minimuma endirib – 27.