“Partizan”dan səfərdə böyük hesablı qələbə
05.11.2012 - 18:29
“Neftçi”nin Avroliqanın qrupunda birgə yer aldığı “Partizan” Serbiya çempionatında liderliyini davam etdirir. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi XI turda səfərdə “Radniçki”ni böyük hesabla yenib – 4:0. Komandanın qollarına Duşan Kolareviç (8-ci dəqiqə), Stefan Skepoviç (59), Miloş Joyiç (72) və Nikola Ninkoviç (81) imza atıb.
Qeyd edək ki, “Partizan” 11 oyundan 30 xalla vahid liderliyini davam etdirir və ən yaxın izləyicisi olan əzəli rəqibi “Srvena Zvezda”nı 5 xal qabaqlayır.
Qeyd edək ki, “Partizan” 11 oyundan 30 xalla vahid liderliyini davam etdirir və ən yaxın izləyicisi olan əzəli rəqibi “Srvena Zvezda”nı 5 xal qabaqlayır.
0
0