“Qarabağ”ın 42 gün gözlədiyi nəticə
05.11.2012 - 18:31
“Qarabağ” Topaz Premyer Liqasında qələbəsiz oyunlar seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, ağdamlılar 5 matçdan sonra meydanı qalib tərk ediblər.
Bu, XII turda AZAL-la noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qələbə qazandıqları oyunda reallaşıb. Nəticədə rəqibinə ilk dövrədə 2:6 hesablı məğlubiyyətin qisası alınmaqla, “qara zolaq”dan çıxmaq mümkün olub.
Düzdür, “Qarabağ” həmin nəticədən sonra VI turda sentyabrın 23-də “Turan”la səfər oyununda 1:0 hesablı qələbə qazanmışdı. Bundan sonra keçirdiyi 5 matçın ilk 3-də heç-heçə edən, 2-də uduzan Ağdam təmsilçisi 42 gündən sonra meydanı qalib tərk edib. Komanda eyni zamanda cari mövsümdə ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda ilk qələbəsini bayram edib.

0
0