“Neftçi”yə qol vurduqdan sonra gözəl hisslər keçirdim”
05.11.2012 - 18:44
“Neftçi” ilə oyunun çox çətin keçəcəyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq və meydançaya yalnız qələbə üçün çıxmışdıq. Mən isə görüşdə həmişə olduğu kimi qol vurmağa və assistentlik etməyə çalışırdım. Bu dəfə qol vurmaqla komandama kömək etdim”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Lorival Assis deyib.
“Qəbələ”nin Premyer Liqada 200-cü qolunun müəllifi olan Burqas “Çernomorets”inin sabiq yarımmüdafiəçisi “Neftçi” ilə oyundan sonra klub saytına fikirlərini bildirib: “Qoldan sonra çox gözəl hisslər keçirdim. Komandanın qələbəyə ehtiyacı olduğu bir vaxtda istənilən nəticənin əldə olunmasında pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Biz həqiqətən qələbəyə layiq idik. Bütün futbolçular üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldi. Son iki oyunda “Qəbələ” gözəl oyun nümayiş etdirir. Bunda baş məşqçinin böyük əməyi var. O böyük insandı. Hər şeyə ürəkdən yanaşır. İnanıram ki, gələcək oyunlarımızda da uğurlu seriyanı davam etdirəcəyik və mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşacağıq”.

0
0