“Neftçi”nin 100-cü məğlubiyyəti
05.11.2012 - 18:49
“Neftçi”nin 100-cü məğlubiyyəti
Topaz Premyer Liqasının XII turunda “Qəbələ”yə səfərdə 1:2 hesabı ilə uduzan “Neftçi” ölkə çempionatları tarixində 100-cü dəfə meydanı xalsız tərk edib. Apasport.az saytının məlumatına görə, bakılılar 1992-ci ildən iştirakçısı olduğu milli çempionatlarımızda 566-cı matçında yubiley məğlubiyyətini alıb.

Paytaxt təmsilçisi daha çox 1993/94 mövsümündə uduzub. Düzdür, həmin vaxt komandaya 8 texniki məğlubiyyət verilib. Ümumiyyətlə 100 məğlubiyyətdən 9-u texniki nəticədir. 2003/04 mövsümü isə ən az – cəmi 1 məğlubiyyətlə yadda qalıb.

mövsüm

məğlubiyyət

evdə

səfərdə

neytral meydanda

1992

4

0

4

 

1993

2

0

2

 

1993/94

12

4

8

 

1994/95

3

0

3

 

1995/96

5

1

2

2

1996/97

2

0

2

 

1997/98

9

2

7

 

1998/99

7

1

6

 

1999/2000

5

1

4

 

2000/01

2

0

1

1

2001/02

4

1

3

 

2003/04

1

0

1

 

2004/05

4

0

4

0

2005/06

2

2

0

 

2006/07

4

1

3

 

2007/08

3

2

1

 

2008/09

8

5

3

 

2009/10

7

3

4

 

2010/11

3

1

2

 

2011/12

9

2

7

 

2012/13

4

0

4

 

Cəmi

100

26

71

3



“Neftçi” özü kimi bütün çempionatların iştirakçısı olan “Turan”la “Qarabağ”la yanaşı, daha 7 komandadan da daha az yenilgi alıb. “Ağ-qaralar” çempionatda ən azı 100 dəfə uduzan 10-cu komandadır.

Turan (Tovuz)

209 məğlubiyyət

MOİK (Bakı)

180

Şahdağ (Qusar)

144

Qarabağ (Ağdam)

139

Bakı

138

Kəpəz (Gəncə)

135

Şəfa (Bakı)

133

Xəzər (Sumqayıt)

121

Viləş (Masallı)

108

Neftçi (Bakı)

100



“Neftçi” çempionatımızda üzləşdiyi 52 komandadan 25-ə uduzmayıb. Digər 27 rəqib isə ən titullu klub üzərində üst-üstə 99 qələbəyə malikdir. “Neftçi”nin daha 1 məğlubiyyəti isə hər 2 komandaya texniki yenilgi veriləndə gerçəkləşib. Bakılıları ən çox udan komanda “Kəpəz”dir – 15 dəfə.

Kəpəz (Gəncə)

15

Qarabağ (Ağdam)

13

Turan (Tovuz)

10

Bakı

8

Şəmkir

7

Qəbələ, Xəzər Lənkəran, İnter (Bakı)

6

Viləş (Masallı)

5

AZAL (Bakı)

3

Xəzər (Lənkəran), ANS Pivani (Bakı), MOİK (Bakı)

2

Azəri (Bakı), Rəvan (Bakı), Sumqayıt, Avtomobilçi (Yevlax), Muğan (Salyan), Standard (Sumqayıt), İnşaatçı (Bakı), Xəzri (Buzovna), Pambıqçı (Bərdə), Karvan (Yevlax), Simurq (Zaqatala), Xəzər (Sumqayıt), Kür (Mingəçevir), Şahdağ (Qusar)

1