Cavid Hüseynov 6 dəqiqə oynadı
05.11.2012 - 18:50
Cavid Hüseynov 6 dəqiqə oynadı
Türkiyə çempionatının I liqasında 10-cu turun matçları keçirilib. Apasport.az-ın xəbərinə görə, Azərbaycan yığmasının üzvü Cavid Hüseynovun şərəfini qoruduğu "Adana Dəmirspor" öz meydançasında "Ankaragücü" ilə qarşılaşıb və 4:1 hesabı ilə qələbə qazanıb. Təmsilçimiz matçın 84-cü dəqiqəsində hesab 4:1 olarkən, komanda yoldaşı Erçağ Evirgeni əvəzləyib.