“Qalatasaray”ın sabiq baş məşqçisini Karabükdən də qovdular
05.11.2012 - 18:51
Superliqanın hesabat turunda səfərdə "Kayserispor"a məğlub olan "Karabükspor" rəhbərliyi təcili addım atıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Karabük təmsilçisinin baş məşqçisi Mixael Skibbe tutduğu postdan uzaqlaşdırılıb. Buna komandanın uğursuz nəticələri səbəb olub.
Bu mövsüm 10 oyunda cəmi 2 qələbə qazanan "Karabükspor" 9 xalla 16-cı yeri tutur.
Xatırladaq ki, vaxtilə Leverkuzen "Bayer"ini də çalışdırmış alman mütəxəssis 3 il öncə "Qalatasaray"da işləmiş və ciddi uğur qazana bilməmişdi.

0
0