Assis “Qəbələ”nin tarixinə düşdü
05.11.2012 - 18:56
Assis “Qəbələ”nin tarixinə düşdü
Topaz Premyer Liqasının XII turu “Qəbələ” üçün əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, Ramiz Məmmədovun yetirmələri 2-ci dövrənin ilk oyununda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edərək mövsümdə ilk dəfə ardıcıl 2 oyunda qələbə qazanıb. Son 2 ev oyununda qola, son 3 ev matçında qələbəyə həsrət qalan komanda bu uğursuz seriyalara da son qoyub.

Üstəlik, ölkənin ən titullu klubu olan “Neftçi” ardıcıl 3-cü dəfə Qəbələ səfərindən xalsız qayıdıb.

Tur tarixə həm də “Qəbələ”nin Premyer Liqada yubiley - 200-cü qolunu vurması ilə düşüb. Belə ki, bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran “Qəbələ” “Neftçi” ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirib. Yubiley qolunun müəllifi isə Lorival Assis olub.