Rizvan Umarov sevindi
05.11.2012 - 18:59
Yığmamızın dağıstanlı futbolçusu Rizvan Umarov millinin düşərgəsinə xoş əhval-ruhiyyədə qayıdıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın Tersera Divizionunun 6-cı qrupunda mübarizə aparan “Elçe”nin ikinci komandası son turda “Lyosa”nı məğlub edib – 3:0. Rizvan meydana 67-ci dəqiqədə daxil olub. Həmin vaxt hesab 2:0 imiş.
Qeyd edək ki, bu qələbə sayəsində “Elçe” turnir cədvəlində irəliləyib. Valensiya bölgəsinin təmsilçisi hazırda 14-cü pillədədi.
Qeyd edək ki, bu qələbə sayəsində “Elçe” turnir cədvəlində irəliləyib. Valensiya bölgəsinin təmsilçisi hazırda 14-cü pillədədi.
0
0