Viktor İqbekoyi: Məyus olmaq lazım deyil
05.11.2012 - 19:02
“Bu oyundan əvvəl 6:2 barədə heç düşünmürdük. Baş məşqçimiz bizi çətin sınağa kökləyirdi". Bunu apasport.az saytına açıqlamasında AZAL-ın nigeriyalı futbolçusu Viktor İqbekoyi deyib. Yarımmüdafiəçi Topaz Premyer Liqasının hesabat turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.
Viktorin fikrincə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda zəif oynadıqlarından, məğlubiyyətləri qanunauyğun olub: "Oyuna ciddi hazırlaşmışdıq. Düşünürəm ki, fiziki cəhətdən rəqibi üstələdik, amma bu üstünlüyü qola çevirə bilmədik. Sona qədər mübarizə aparmağa çalışsaq da, bacardığımızı tam ortaya qoya bilmədik. "Qarabağ" isə əldə etdiyi şanslardan maksimum yararlandı. Amma futbolda belə şeylər baş verir. Məyus olmaq lazım deyil".
Qeyd edək ki, AZAL ilk dövrədə “Qarabağ”ı 6:2 hesabı ilə yenmişdi.

0
0