“Bu, komandam üçün mövsümün ən vacib oyunudur”
05.11.2012 - 22:24
“Bu, komandam üçün mövsümün ən vacib oyunudur”
“Bakı”nın sabiq baş məşqçisi Bülənt Qorxmaz vaxtilə çalışdırdığı "Qalatasaray"ın Çempionlar Liqasındakı şanslarının dəyərləndirib. Apasport.az UEFA rəsmi saytına istinadla xəbər verir ki, gənc mütəxəssis hər şeyin ÇFR-lə səfər matçında həll olunacağını bildirib: "Ya hər şey, ya heç nə. Məhz bu matçdan sonra "Qalatasaray"ın yolunu davam etdirib-etdirməyəcəyi məlum olacaq. Bu, mənim komandam üçün mövsümün ən vacib oyunudur".

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi ilk 3 oyunda İstanbul klubu cəmi 1 xal toplaya bilib.