Azərbaycan yığması FİFA reytinqində geriləyəcək
06.11.2012 - 00:06
Azərbaycan yığması FİFA reytinqində geriləyəcək
Azərbaycan yığması FİFA reytinqində geriləyəcək. Apasport.az saytının məlumatına görə, hazırda dünya reytinq sıralamasında 111-ci olan millimizin oktyabr ayının nəticələrinə əsasən reytinq xalı 309-dan 277-yə düşəcək.

Buna səbəb komandamızın oktyabrda keçirdiyi yeganə görüşdə - 2012-ci il dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya 0:1 hesabı ilə yenilməsidir. Bunun nəticəsində millimizi seçmə mərhələdəki növbəti rəqibi Şimal İrlandiya və daha bir neçə kollektiv yığmamızı qabaqlayacaq.

Berti Foqtsun yetirmələrinin 120-ci yerə düşəcəyi gözlənilir.

Xatırladaq ki, Şimali İrlandiya oktyabr ayında səfərdə Portuqaliya ilə heç-heçə oynayıb.