Ronaldo: İmkanım olsaydı, özümə səs verərdim
06.11.2012 - 00:13
Ronaldo: İmkanım olsaydı, özümə səs verərdim
"Real"ın ulduzu Kriştiano Ronaldo özünü "Qızıl top"a hamıdan çox layiqli sayır. Apasport.az saytının xəbərinə görə, Portuqaliya yığmasında kapitan sarğısı daşıyan futbolçu özünə səs vermək istəyir: "Əgər belə bir imkanım olsaydı, əlbəttə ki, özümə səs verərdim. Sadə olmaq yaxşı şey deyil. Portuqaliyada deyirlər ki, aza qane olmaq şöhrətpərəstlikdən pisdir".