Eldəniz Süleymanovun infarktdan öncəki son sözləri
06.11.2012 - 00:04
“Eldəniz Süleymanov elə bir insan idi ki, onu kiçikdən böyüyə kimi hamı tanıyırdı. Qəbələdə hamı onun xətrini çox istəyirdi, hamının yanında hörmət sahibi idi. “Qəbələ” yarandığı müddətdən 2009-cu ilə kimi futbolçu karyerasını klubumuzda davam etdirdi və burda da məşqçiliyə başladı”. Bu sözləri apasport.az saytına “Qəbələ” Akademiyasının direktor müavini Nail Kərimov deyib.
Kərimov dünən “Bakı” ilə oyunda “Qəbələ” (U-17) klubunun baş məşqçisi Eldəniz Süleymanovun vaxtsız vəfatı haqda danışıb: “Qarşılaşmanın təxminən 35-ci dəqiqəsi gedirdi. Birdən məşqçimiz özünü narahat hiss etdiyini söylədi və ürəyi getdi. Dərhal onu “ambulans”la Respublika Xəstəxanasına yolladıq. Ancaq həkimlər nə qədər çalışsa da, faydası olmadı. Özümüz də çaşıb qaldıq ki, nə baş verdi. Axı onun ürəyində heç bir problemi yox idi”.
“Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidov isə hadisə ilə bağlı bunları deyib: “Öncə onu deyim ki, Eldəniz çox yaxşı oğlan idi. Oyundan öncə söhbətimiz oldu. Mənə dedi ki, Yaşar müəllim, ötən il çempion “Bakı” olub, indi növbə bizimdi. Oyun zamanı bir də eşitdik ki, halı pisləşib. Özü də, adamı yandıran odu ki, Eldənizin vəziyyəti pisləşən zaman “Qəbələ” hesabda irəlidə idi. Sonda da 3:2 hesalı qələbə qazandı. Sonradan eşitdik ki, dünyasını dəyişib. Çox təəssüf! Allah ona rəhmət eləsin, çox yaxşı insan idi”.
Qeyd edək ki, bu saatlarda mərhumun meyiti təyyarə ilə doğulduğu Naxçıvan şəhərinə göndərilib. Sabah Eldəniz Süleymanovun dəfn mərasimi olacaq.
Mərasimdə klub rəhbərliyi də iştirak edəcək.

0
0