“Qəbələ”nin futbolçusu Makedoniyaya qarşı
06.11.2012 - 10:44
“Qəbələ”nin futbolçusu Makedoniyaya qarşı
“Qəbələ”nin sloveniyalı futbolçusu Deyan Kelhar yenə yığmasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, Sloveniya millisinin baş məşqçisi Slavişa Stoyanoviç mərkəz müdafiəçisinə açıqladığı 23 nəfərlik siyahıda yer verib. Sloveniya noyabrın 14-də Makedoniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, Kelhar “Qəbələ”də oynadığı cari mövsümdə həmişə çağırılıb.