AFFA 3 yığmamızın baş məşqçisini dəyişdirdi
06.11.2012 - 11:12
AFFA Azərbaycan yığma komandalarının baş məşqçi vəzifələrində dəyişikliklər edib. Apasport.az saytının məlumatına görə, 17 yaşlılardan ibarət yığmanın (U-17) çalışdırıcısı Təbriz Həsənov vəzifəsindən azad olunub. O, bundan sonra U-15-i çalışdıracaq.
Bu millinin baş məşqçisi olan almaniyalı Nikolay Adam isə Həsənovu U-17-də əvəzləyib. Millimizin sabiq kapitanı Aslan Kərimov isə U-16-nin baş məşqçisi təyin olunub. Bu vəzifəni də daşıyan Adam həmin postdan da ayrılıb.
Qeyd edək ki, AFFA U-17-dən sonra Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edən U-19-da baş məşqçi Vəli Qasımovu Arif Əsədovla əvəzləyib.
Mənbə: affa.az

0
0