Millimizin sabiq futbolçusu Rusiya çempionatında
06.11.2012 - 11:45
Daniel Axtyamovun yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Rusiya çempionatında peyda olub.
“Simurq”dan ayrıldıqdan sonra bir müddət işsiz qalan futbolçu ötən il doğulduğu Özbəkistanın “Cambay” klubunda top qovub. Bu ilin ilk 6 ayını isə Moldova “Tiraspol”unda keçirib. Burda cəmi 5 oyuna çıxan Axtyamov rəqib qapısına bir dəfə yol tapıb. 27 yaşlı hücumçu payızda Rusiya çempionatına üz tutub. Ancaq Axtyamov gücünü bu dəfə futzal çempionatında sınamaq qərarına gəlib. O, regionlaraarası çempionatda iştirak edən “Aist” klubuna keçib. Artıq Daniel Çerepovets təmsilçisində 4 qola imza atıb. Onun aktivində 1 sarı vərəqə də var.
Qeyd edək ki, Axtyamov “Simurq”dan başqa, ölkəmizdə “İnter”, “Gəncə” və “Olimpik”in də şərəfini qoruyub. Ucaboy forvardın iki dəfə müxtəlif vaxtlarda “bankir” olduğunu da xatırladaq. Futbolçu 2004-2009-cu illərdə millinin formasını geyinib.

0
0