İlk xoşbəxtlər
07.11.2012 - 10:30
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turu ilk 1/8 finalçıların adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Pireney təmsilçilərindən 2 komanda – A qrupundan “Portu”, C qrupundan “Malaqa” qrupdan çıxmalarını dəqiqləşdirib. Maraqlıdır ki, sonuncular ÇL-də debüt mövsümündə buna nail olub. Vaxtilə turniri qazanan “Portu” isə artıq 10-cu dəfə pley-offa çıxır.
“Malaqa” İtaliyada “Milan”la 1:1 hesablı heç-heçə etdikdən sonra vəsiqəni rəsmiləşdirib. Hesabında 10 xal olan ispanlar Milanın eyniadlı təmsilçisi 2 tur qalmış 5, digər rəqiblərini xal qabaqlayır.
“Portu”ya da bərabərlik vəsiqə üçün yetərli oldu. Bu, Kiyev “Dinamo”su ilə səfərdə qolsuz heç-heçə idi. 10 xalı olan Portuqaliya təmsilçisi ən yaxın izləyicisi PSJ-ni 1 xal qabaqlayır. Bu qrupda 3-cü olan kiyevlilərin 4 xalı varsa, sonuncu yerdə gedən Zaqreb “Dinamo”sunun xalı yoxdur.

0
0