Foqtsla Sadıqov səs verəcək, Şevçenko təqdim edəcək
07.11.2012 - 10:59
Foqtsla Sadıqov səs verəcək, Şevçenko təqdim edəcək
2012-ci il dünyanın ən yaxşı futbolçusuna “Qızıl top” mükafatını verəcək şəxsin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, karyerasını yayda bitirən məşhur ukraynalı futbolçu Andrey Şevçenkodur. FİFA məhz Ukrayna yığmasının 36 yaşlı sabiq kapitanını gələn ilin yanvarın 7-də Sürixdə keçiriləcək təqdimat mərasiminə mükafatı vermək üçün dəvət edib.

Şevçenko namizədini də açıqlayıb. O, əsas favoritlər olan argentinalı Lionel Messi ilə portuqaliyalı Kriştianu Ronaldoya üstünlük vermir: “Onlar ulduzlardır. Ancaq mən mükafatı ispaniyalı Andres İnyestaya verərdim. Kim son 6 ildə İspaniyanın Avropa və dünya çempionu olmağı üçün hamıdan çox edə, daha parlaq oyunçu ola bilər?!”.

Andrey 2004-cü ildə “Milan”da oynayanda “Qızıl top”u alıb.

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusunun müəyyənləşməyi ilə bağlı səsvermədə millimizin almaniyalı baş məşqçisi Berti Foqtsla kapitanı Rəşad Sadıqov iştirak edəcək.