1 gündə 2 püşkatma
07.11.2012 - 11:15
1 gündə 2 püşkatma
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatmasının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümünün püşkü noyabrın 20-də Bakı vaxtilə saat 11:30-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında atılacaq. 44 yığmanın mübarizə aparacağı çempionatının final mərhələsi 2014-cü ildə İngiltərədə keçiriləcək.

19 yaşlı qızlarımız da rəqiblərini həmin gün – Bakı vaxtilə saat 13:45-də biləcəklər. Burada 48 yığma seçmə mərhələdə iştirak edəcək və həlledici matçlar 2014-cü ilin iyulunda Norveçdə olacaq.

Mənbə: affa.az