“Portu” futbolçumuzu baxışdan keçirdiyini təsdiqlədi
07.11.2012 - 11:34
“Portu” futbolçumuzu baxışdan keçirdiyini təsdiqlədi
“Sumqayıt”ın futbolçusu Orxan Əliyev Avropanın diqqət mərkəzinə düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, 17 yaşlı hücumçu Avropa nəhəngi, Portuqaliya çempionu “Portu”ya baxışa yollanıb.

Belə ki, noyabrın 2-də adıçəkilən klubun Skautlar Departamentinin Direktoru Juan Luis Afonso tərəfindən “Sumqayıt”a faks daxil olub. Məktubda qeyd olunub ki, “Portu” Orxanın baxışa dəvət edildiyi göstərilib. Artıq Portuqaliyaya yollanmış futbolçumuz hazırda “Portu”nun bazasındadır.

Qeyd edək ki, Əliyev cari mövsümdə “Sumqayıt”ın heyətində Topaz Premyer Liqasında 8 qarşılaşmada (486 dəqiqə) forma geyinib və rəqib qapılarından 2 top keçirib. O, ötən mövsüm isə 5 qolla bu komandanın Premyer Liqada ən sərrast futbolçusu seçilib. U-19-un üzvünün bundan öncə “Sumqayıt” – “Neftçi” matçında oyunu izləyən “İnter” nümayəndələrinin diqqət mərkəzinə düşdüyü deyilirdi.