“Neftçi”nin “hakim”i - ruslar üçün uğurlu, tatarlar üçün uğursuz
07.11.2012 - 12:24
Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində sabah “Neftçi” – “Rubin” oyununu idarə edəcək Manuel Jorge di Souza Rusiya təmsilçiləri üçün münasib hakimdir. Apasport.az saytı xəbər verir ki, UEFA-nın 1-ci kateqoriyalı referisi 3 dəfə bu ölkənin təmsilçilərinin oyununa təyinat alıb.
Bunlardan birincisi 2009-cu ilin payızına təsadüf edib. Sentyabrın 9-da DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində “Millenium Park”dakı Uels – Rusiya matçına təyinat alan Souza qonaqların 3:1 hesablı qələbəsinə şahidlik edib.
Onun 2010-cu il noyabrın 4-də Moskvada fit çaldığı görüş isə MOİK – “Palermo” görüşü olub. Avroliqanın qrup mərhələsində baş tutan görüşdə yenə ruslar 3:1 hesabla qələbə qazanıblar. Portuqaliyalı referi italyanların yenilgisinə onları azlıqda qoymaqla rəvac verib.
Hazırda 35 yaşı olan referinin Rusiya təmsilçisi ilə yolu sonuncu dəfə ötən il kəsişib. Bu dəfə Avroliqanın qrup mərhələsində “Uayt Hart Leyn”də “Tottenhem” – “Rubin” matçında əsas söz sahibi olub. Ancaq oktyabrın 20-dəki qarşılaşmada tatarlar məğlub ayrılıb – 0:1.
Göründüyü kimi, 2007/08 və 2008/09 mövsümlərində Portuqaliyanın ən yaxşı referisi seçilən Jorge Souza hər il bir dəfə Rusiya təmsilçilərinin oyununu idarə edir. Maraqlıdır ki, bu qarşılaşmalar payıza təsadüf edir.
Sabah saat 21:00-da başlayacaq görüşün də Avroliqanın qrupunda, özü də payız ayında baş tutması maraqlı məqamdır. Diqqəti çəkən digər məqam isə odur ki, “Neftçi”dən fərqli, Tatarıstan təmsilçisinin bir oyununu idarə etmiş bu referi “Rubin” üçün uğursuz olub.

0
0