Sadıq Sadıqov: O qapıçının meneceri ilə özüm danışmışam
07.11.2012 - 13:53
“Əlcəzair millisinin qapıçısının komandamıza keçidi haqda ilk dəfə sizdən eşidirəm. Ancaq “Benfika”nın portuqaliyalı qolkiperinin transferini müzakirə etmişik. Onun meneceri ilə özüm də danışmışam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Ölkəmizi Avropa Liqasında təmsil edən “ağ-qaralar” serbiyalı Saşa Stamenkoviçə əvəzləyici üçün yeni qapıçı axtarışındadır. Komandanın daha çox portuqaliyalı Joze Moreyra ilə maraqlandığı bildirilir.
Ancaq Sadıqov bildirib ki, bu məsələ artıq bağlanıb: “Fikirləşdik ki, 2 legioner qapıçını saxlamağın yeri yoxdur. Büdcəmiz o qədər böyük deyil ki, 2 əcnəbidən birini ehtiyatda saxlayaq. Bilirsiniz ki, çempionatda legioner limiti mövcuddur. Əcnəbiyə qapıçıya böyük xərc çəkib, ehtiyatda oturtmağın nə mənası var? Buna görə yerli qapıçılar axtarışındayıq. Hazırda bu istiqamətdə iş gedir və bununla bağlı seleksiyaçı məşqçilərə tapşırıq vermişik. Çalışırıq ki, təcrübəli yerli qapıçı tapaq”.
“Neftçi”yə bu mənada millimizin bir nömrəsi Kamran Ağayev faydalı ola bilər. Hər halda, “Xəzər Lənkəran”dan ayrılan 26 yaşlı qapıçı geri qayıtmağı yox, başqa kluba keçmək istəyindədir: “Kamran müqavilə ilə “Xəzər Lənkəran”a məxsusdur. Demişəm, yenə də deyirəm. Ağayevin dilinə görə dilçəyi də var. Amma onunla hansısa danışığımız olmayıb. Yəqin ki, “Xəzər Lənkəran”la müqaviləsi bitəndən sonra nəinki “Neftçi”, bir çox klublar onun transferi üzərində iş aparacaq. O, ölkəmizə gələn legioner qapıçıların hamısından bir baş üstündür”.
Mehman SÜLEYMANOV

0
0