“Qaradağ Lökbatan” mükafatlandırılır
07.11.2012 - 13:58
“Qaradağ Lökbatan” mükafatlandırılır
Sabah I divizionun qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Apasport.az saytının xəbərinə görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirin başlama saatı 17:00-a təyin olunub. Mükafatlandırma mərasiminə bütün KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən “Qaradağ Lökbatan” və “Neftçala” çempionatı müvafiq olaraq 1-ci və 2-ci sıralarda bitirmişdi. Ancaq maddi dayağı neft sektoru ilə bağlı olan hər iki kluba lisenziya verilmədiyindən, onlar elitada iştirak hüququndan məhrum edilmişdilər.